Bakı. Trend:
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında müvafiq əmr imzalayıb.
Trend xəbər verir ki, əmrə əsasən, XI sinfi bitirən 126 məzun qızıl nişanla, 95 məzun isə gümüş medalla təltif olunub.
Əmrə görə, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.