...

Bakıda mənzildə yanğın - sakinlər təxliyə edildi

Cəmiyyət Materials 25 İyul 2023 19:54 (UTC +04:00)
Bakıda mənzildə yanğın - sakinlər təxliyə edildi

Bakı. Trend:

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 88 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 0,5 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti