...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Cəmiyyət Materials 26 İyul 2023 16:36 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 29-30 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.

Belə ki, 29 və 30 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Yevlaxa kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 13 AZN, Bakı-Goran istiqaməti üçün 14 AZN, Bakı-Gəncə istiqaməti üçün 15 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN, Bakı-Ağstafa istiqaməti üçün 17 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti