...

Türkiyəni Avropa ilə əlaqələndirən dəmiryolu xəttinin tikintisi davam edir

Cəmiyyət Materials 12 Avqust 2023 13:59 (UTC +04:00)
Türkiyəni Avropa ilə əlaqələndirən dəmiryolu xəttinin tikintisi davam edir

Bakı. Trend:

Türkiyəni Avropa ölkələri ilə əlaqələndirən yüksək standartlı dəmiryolu xəttinin tikinti işləri davam edir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Halkalı-Kapıkule dəmiryolu layihəsinin birinci mərhələsi 153 kilometrlik Çerkezköy-Kapıkule xəttində davam edir.

2019-cu ilin iyun ayında tikintisinə başlanılan Çerkezköy-Kapıkule xəttində işlərin 65 faizi görülüb, təxminən dəmiryolunun 80 kilometri çəkilib.

İki yollu layihəyə 53 yeraltı və 59 yerüstü keçid, 16 dəmir yolu körpüsü, 2 tunel, 194 suötürücü və 3 aşırım daxildir.

Layihənin Ədirnə şəhər mərkəzindəki işləri çərçivəsində qruplar aşırım tikintisini davam etdirir.

Tunca çayı sahilində inşa edilən 680 metr uzunluğundakı aşırımın yaxın aylarda tamamlanması planlaşdırılır.

Sürətli qatar şəbəkəsi ilə Ədirnəni İstanbula birləşdirəcək layihə ilə Halkalı və Kapıkule arasında səyahət müddəti sərnişin qatarları üçün 3,5 saatdan 1 saat 35 dəqiqəyə, yük qatarları üçün isə 8 saatdan 3,5 saata enəcək.

Layihənin tamamlanması ilə Halkalı-Kapıkule xəttində daşınan yükün ildə 1,53 milyon tondan 9,6 milyon tona, illik orta sərnişin sayının isə 600 mindən 3,4 milyona yüksəlməsi hədəflənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti