...

MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Avqust 2023 12:47 (UTC +04:00)
MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb (FOTO)

Bakı. Trend:

MÜSİAD Azərbaycan Türkiyənin mədəniyyət və tanıtma attaşesi ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli və idarə heyəti üzvləri, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma attaşesi Muhittin Macit ilə görüşüb.

Görüş zamanı tərəflər arasında məlumat mübadiləsi aparılıb, birgə həyata keçiriləcək layihələr qiymətləndirilib.

Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti