...

Abşeron sakini narkotiklə tutuldu

Cəmiyyət Materials 24 Avqust 2023 13:02 (UTC +04:00)
Abşeron sakini narkotiklə tutuldu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron sakini narkotiklə tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Rüfət Mehdiyev saxlanılıb.

Ondan 3 kiloqram 100 qram marixuana, 5 qramdan artıq metamfetamin, 305 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti