...

"Aztelekom"un rəhbəri dəyişdi

Cəmiyyət Materials 7 Sentyabr 2023 12:01 (UTC +04:00)
"Aztelekom"un rəhbəri dəyişdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Aztelekom” MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası Tural Pirverdiyevə həvalə edilib.

Bu barədə Trend-ə “Aztelekom” MMC-dən məlumat verilib.

Bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru vəzifəsinin müvvəqqəti icra edilməsi Tural Pirverdiyevə həvalə olunub.

T.Pirverdiyev telekommunikasiya sektorunda 15 ilə yaxın təcrübəyə malikdir. Belə ki, o, “Azercell Telekom” MMC-də ekspert və rəhbər vəzifələrdə çalışmış, 2023-cü ilin mart ayından isə “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin Maliyyə departamentinin direktoru və daha sonra bu şirkətlərin baş direktorunun müavini vəzifəsində fəaliyyət göstərib.

Tural Pirvediyev Azərbaycan Dövlət Neft Akademiyasında Ümumi iqtisadiyyat, Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr və Corciya Dövlət Universiteti ilə birgə proqram əsasında Biznesin idarə olunması üzrə magistr təhsili alıb.

Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş direktor vəzifəsini Elçin Niyazov icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti