...

Kolleclərdə boş qalan yerlərin sayı məlum olub

Cəmiyyət Materials 11 Sentyabr 2023 18:35 (UTC +04:00)
Kolleclərdə boş qalan yerlərin sayı məlum olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26% dolub.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, cəmi 351 yer (2.74%) boş qalıb.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12464 nəfər qəbul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti