...

Müdavimlər də kursant adlandırılacaq

Cəmiyyət Materials 14 Sentyabr 2023 11:33 (UTC +04:00)
Müdavimlər də kursant adlandırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər kursant adlandırılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Polis haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssislərində təhsil alan şəxslər kimi kursant adlandırılması məqsədilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti