...

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2023 15:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, ikitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti