...

Sürət qatarı gecikdi, sərnişinlərin halı pisləşdi - ADY-dən AÇIQLAMA (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Sentyabr 2023 16:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"15 sentyabr tarixindən şəhərətrafı ictimai nəqliyyat olaraq sürət elektrik qatarları ilə təhlükəsizlik qaydalarının müəyyən etdiyi hədd çərçivəsində gündəlik təxminən 30 minə yaxın sərnişin daşıyırıq.

Biznes vaqondan ekonom vaqon kimi istifadə, yeni tədris ilinin başlanması ilə əlaqədar qrafikin optimallaşdırılması gündəlik olaraq əlavə 4 minə yaxın sərnişinin qatarlarımızla mənzil başına çatdırılması üçün imkan yaradır ki, bu da pik saatlarda sərnişindaşımada sıxlıqların müşahidə olunmasına səbəb olur", - məlumatda deyilir.

Qeyd edilib ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar yaşanır və bəzi hallarda qatarlar Bakı Dəmiryol Vağzalına 3-5 dəqiqə arası gecikmə ilə çata bilir.

xxx

10:18

Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib, bəzi sərnişinlərin səhhətində problem yaranıb.

Trend xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Qatarlarda havalandırma sisteminin işlək olmaması səbəbindən bəzi sərnişinlərin halı pisləşib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları"ndan Trend-ə bildirilib ki, bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib.

"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəq gecikmə ilə çatıb", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti