Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edən Mərkəzi İdman Klubunun (MİK) təmsilçiləri Vətənə qayıdıblar.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışlarda MİK təmsilçiləri 1 qızıl və 1 gümüş olmaqla Azərbaycanın aktivinə 2 medal yazdırıblar.
Qızıl medalı 82 kq çəki dərəcəsində mübarizə aparan kapitan
Rafiq Hüseynov qazanıb. O, əzmkarlıq nümayiş etdirərək bütün
rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə
yüksəlib.
Digər təmsilçimiz Həsrət Cəfərov isə 67 kq çəki dərəcəsində
mübarizə apararaq gümüş medala layiq görülüb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında
dünya çempionu olub.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançılarımızın
məşqçisi MİK-in nümayəndəsi baş leytenant Həsən Əliyevdir.