...

Azərbaycandan danışarkən xalqımızın tolerantlığından qürurla bəhs edirik - Robert Mobili

Cəmiyyət Materials 29 Sentyabr 2023 12:31 (UTC +04:00)
Azərbaycandan danışarkən xalqımızın tolerantlığından qürurla bəhs edirik - Robert Mobili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müxtəlif icmaların öz dinini, öz adət-ənənəsini qorumaq üçün öz dəstəyini əsirgəmir.

Trend-in xəbərinə görə, bu bunu Alban-Udi dini icmasının sədri Robert Mobili “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransdakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda birgəyaşayış modelinin tarixi çox qədimdir.

“Tarixən fərqli dinlərin nümayəndələri Azərbaycanda çox rahat yaşayıb, yaradıb. Bu, bizim həyat tərzimizdir. Hər zaman Azərbaycandan danışarkən xalqımızın tolerantlığından qürurla bəhs edirik.

Dövlətimiz bütün icmalara diqqət və qayğı ilə yanaşır. Müxtəlif icmaların öz dinini, öz adət-ənənəsini qorumaq üçün dəstəyini əsirgəmir. Prezident İlham Əliyev də bütün çıxışlarında bildirir ki, birgəyaşayış Azərbaycanda hər zaman mövcud olub və bu, bizim üçün böyük dəyərdir. Bəli, bütün bunlar Azərbaycan həqiqətləridir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən sentyabrın 29-da “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilir.

Xəbər lenti

Xəbər lenti