...

Abşeronda qadını soyuq silahla hədələyən şəxs saxlanıldı

Cəmiyyət Materials 7 Oktyabr 2023 17:12 (UTC +04:00)
Abşeronda qadını soyuq silahla hədələyən şəxs saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən hədələnməsini əks etdirən görüntülər yayılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, görüntülərdən məlumatlıyıq. Həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə Abşeronda kişinin küçədə qadına qarşı zorakılıq etməsi barədə görüntülər yayılıb. Hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək ayaqyalın evdən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti