Bakı. Trend:
Faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, oktyabrın
11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava
şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək
çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Şahdağda sulu qar
yağıb.
Düşən yağıntının miqdarı: Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə
11 mm, Naxçıvanda 10 mm, Yardımlıda 9 mm, Ordubadda 8 mm,
İsmayıllı, Biləsuvar, Gədəbəydə 7 mm, Qax, Qəbələ, Balakən, Şahdağ,
Oğuz, Şərur, Neftçala, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Zaqatala,
Şahbuz, Tovuz, Ağstafa, Tərtər, Şirvan, Qobustan, Naftalan, Culfa,
Göyçay, Beyləqan, Kürdəmir, Quba, Şamaxı, Altıağac, Ceyrançöl,
Göygöl, Qrız, Xaltan, Bərdə, Ağsu, Mingəçevir, Yevlax, Zərdab,
İmişli, Sabirabad, Cəfərxan, Qusar, Sədərəkdə 6 mm-dək, Bakıda və
Abşeron yarımadasında 1 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-si gündüzədək davam edəcək. 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
