...

Bakıda musiqi alətləri mağazasına oğurluğa girmək istədi: ələ keçdi

Cəmiyyət Materials 3 Noyabr 2023 11:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Trend-ə DİN-dən verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.

Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti