...

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

Cəmiyyət Materials 6 Noyabr 2023 12:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitututərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Trend xəbər verir ki, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir.

Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti