Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində.