...

Zəfər gününü qeyd etmək üçün Zaqataladan gəlmişəm - Oruc Əbdürrəhmanov

Cəmiyyət Materials 8 Noyabr 2023 11:40 (UTC +04:00)
Zəfər gününü qeyd etmək üçün Zaqataladan gəlmişəm - Oruc Əbdürrəhmanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Çox böyük və qürur hissi ilə bu yürüşdə iştirak edirik.

Bunu Trend-ə açıqlamasında paytaxt Bakıda Zəfər bayramını qeyd edən Zaqatala sakini Əbdürrəhmanov Oruc deyib.

"Zəfər gününü qeyd etmək üçün Zaqataladan gəlmişəm. Bizim igid oğullarımız torpaqlarımızı işğaldan azad etdi. Çox xoşdur ki, Zəfər Bayramında millətimiz igidlərimizi xatırlayır, yada salır", - deyə o bildirib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti