...

İçərişəhərdə tarixi binada bərpa işləri aparılıb

Cəmiyyət Materials 17 Noyabr 2023 11:00 (UTC +04:00)
İçərişəhərdə tarixi binada bərpa işləri aparılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.

Bu barədə Trend-ə İçərişəhər Qoruq İdarəsindən bildirilib.

Tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranmışdı.

Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilmiş, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilmiş, daşları bərkidilmiş, metal hissələr qoruyucu qatlarla örtülüb.

Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti