Bakı. Trend:
Hazırda qadınlar zorakılığa məruz qalır və gender bərabərsizliyi var.
Trend xəbər verir ki, bunu Martinikanın azadlığı partiyasının nümayəndəsi Lyuk Karole "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Çox təəssüf ki, bu hallar davam etdirilir. Lakin biz çalışırıq ki, bu hallar aradan qaldırılsın. Hər bir yerdə qadın və kişi arasında bərabərliyi təmin etməyə çalışırıq.
Fransa hökuməti qadınlara imtiyazlarından istifadə etməyə imkan vermirdi. Bu konfrans vasitəsilə baş verənləri səsləndirib çıxış yolu tapılacağını ümid edirik”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.