...

Azərbaycanda tanınmış şəxs faciəvi şəkildə öldü (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2023 11:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada tanınmış rəssam yol qəzasında həlak olub.

Trend xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan, tanınmış rəssam Nurəddin Nəzərovun olduğu motosiklet aşıb.

Rəssamın ailə üzvlərindən verilən məlumata görə, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və N.Nəzərov hadisə yerində dünyasını dəyişib.

Faktı Neftçala Tarix-Diyarşünaslıq Muzeyindən də təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti