...

Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür - Dövlət Agentliyi

Cəmiyyət Materials 28 Noyabr 2023 11:25 (UTC +04:00)
Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür - Dövlət Agentliyi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şəhər məktəblərində oxuyan şagirdlərin universitetə hazırlıq vaxtında adını kənd məktəblərinə yazdırması məsələsinə aydınlıq gətirilib.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

“Şagirdlərin yerdəyişməsində kütləvilik olarsa, bununla bağlı ciddi tədbirlər görülür. Bununla bağlı ötən il bir sıra müəssisə rəhbərləri cəzalandırılıb. Əlimizdən gələni edirik ki, bu problemi azaldaq”,- deyə o bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti