...

Bu rayonlarda keçidlərdən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görüldü

Cəmiyyət Materials 7 Dekabr 2023 19:24 (UTC +04:00)
Bu rayonlarda keçidlərdən istifadə etməyən piyadalar barəsində qanunamüvafiq tədbir görüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəki və Balakəndə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən sürücülər də aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti