...

“Sərhədçi” Atçılıq Mərkəzinin qərargah binasının açılışı olub (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2023 14:47 (UTC +04:00)
“Sərhədçi” Atçılıq Mərkəzinin qərargah binasının açılışı olub (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Abşeron rayonunun Novxanı kəndində “Sərhədçi” Atçılıq Mərkəzinin yeni istifadəyə verilmiş qərargah binasının açılışı olub.

Trend xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrasının davam etdirildiyini xüsusi vurğulayıb, ölkəmizdə atçılığın inkişafı, güclü idmançıların yetişdirilməsi, gənclərimizin sağlam ruhda tərbiyə olunmasını bildirərək hərbi hissədə qərargah binasının açılışı münasibəti ilə şəxsi heyəti təbrik edib.

Sonda tədbir iştirakçılarına hərbi hissənin tarixini əks etdirən fotoguşə nümayiş etdirilib, qapalı manejdə süvarilərin atlarla xüsusi fəndlərdən istifadə etmələrinə dair konkur, açıq manejdə isə cövkən yarışları təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti