...

Azərbaycana qış gəldi

Cəmiyyət Materials 22 Dekabr 2023 07:45 (UTC +04:00)
Azərbaycana qış gəldi

Bakı. Trend:

Azərbaycana qış fəsli qədəm qoydu.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə bildirilib ki, qış fəsli Şimal yarımkürəsinə dekabrın 22-si saat 07:27-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti