...

Ağır qəzaya düşən PFL əməkdaşlarının vəziyyəti açıqlandı

Cəmiyyət Materials 7 Yanvar 2024 11:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sabah Türkiyədə üçüncü dəfə əməliyyat olunacaq.

Bunu Trend-ə açıqlamasında PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.

O bildirib ki, Elxan Səmədov yenidən əməliyyat olunacaq.

"Amma ümumilikdə vəziyyəti normaldır. Sadəcə, daha bir əməliyyata ehtiyacı var. Vitse-prezident Aslan Şahgəldiyevin müayinələri davam edir, fizioterapiya mərhələsindədir. Tikişləri sökülüb, çox ehtiyatla bərpası prosesi keçir. Lakin neçə müddətdir ki, yatılı qaldığından bədəni zəifdir".

O, qəzada xəsarət alan digər əməkdaşların səhhətinin necə olduğuna da toxunub.

İcraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki idman direktoru Elgiz Abbasov, sürücü Rasim Qafarlı və özümün müalicəsi ev şəraitində davam edir. Sabah Elgizlə mən son yoxlamalar üçün xəstəxanaya yollanmalıyıq", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən il 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti