...

Elm və Təhsil Nazirliyində YENİ TƏYİNAT

Cəmiyyət Materials 1 Fevral 2024 15:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müdir təyin edilib.

Trend xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb.

O, bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla, bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti