...

Azərbaycanda 80 faizdən çox nəqliyyat vasitəsinin yaşı 10 ildən çoxdur

Cəmiyyət Materials 1 Fevral 2024 16:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda ölkənin nəqliyyat parkına baxanda 80 faizdən çox nəqliyyat vasitəsinin yaşının 10 ildən çox olduğunu görürük.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, onlardan 5 faizi isə 20 ildən yuxarı istehsal buraxılış ilinə malikdir:

"Nəqliyyat parkının yaş strukturuna baxanda, atmosfer havasına ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır.

Məlumdur ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin, BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək.

Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir.

Əminik ki, həmin proqram da qısa müddət ərzində həm atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasına kömək edəcək".

Xəbər lenti

Xəbər lenti