...

Yol kənarında ov məhsulları satan şəxslər saxlanılıb

Cəmiyyət Materials 2 Fevral 2024 12:42 (UTC +04:00)
Yol kənarında ov məhsulları satan şəxslər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Masallı-Lənkəran magistral yolunun kənarında ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslər qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Xidməti və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə keçirdiyi monitorinqlər zamanı saxlanılıblar.

Araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu üzə çıxıb.

Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb, hazırda monitorinqlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti