...

Milli Məclisdə dinləmə keçiriləcək

Cəmiyyət Materials 26 Fevral 2024 17:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

Trend-in məlumatına görə, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bu sahənin ekspertlərinin və digər aidiyyəti şəxslərin iştirakı gözlənilir.

Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər, rəy və təkliflərini səsləndirəcəklər.

Xəbər lenti

Xəbər lenti