...

Qobuda 9 yaşlı uşağı it parçaladı (VİDEO)

Cəmiyyət Materials 4 Mart 2024 11:14 (UTC +04:00)
Qobuda 9 yaşlı uşağı it parçaladı (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında azyaşlını itin parçalaması barədə görüntülər yayılıb.

Məsələ barədə Trend TƏBİB-ə sorğu ünvanlayıb.

Bildirilib ki, 03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti