...

"Qızılbulaq" qızıl yatağında ekoloji monitorinqlər keçirilib

Cəmiyyət Materials 9 Mart 2024 09:42 (UTC +04:00)
"Qızılbulaq" qızıl yatağında ekoloji monitorinqlər keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.

Məlumata əsasən, monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və.s) və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti