...

Bayramda Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri təyin edilib

Cəmiyyət Materials 14 Mart 2024 09:59 (UTC +04:00)
Bayramda Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri təyin edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramında Bakı–Qəbələ–Bakı marşrutu üzrə xəttə əlavə 10 qatar reysi təyin edilib.

Trend xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.

Belə ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti