Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O bildirib ki, 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib.
“Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya
“Azərenerji” tərəfindən istismar edilməkdədir.
İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının
yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik
Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt
gücündə 9 ədəd SES-in tikintisi davam etdirilir”, - deyə Baş nazir
vurğulayıb.