...

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı məlum olub

Cəmiyyət Materials 18 Mart 2024 16:23 (UTC +04:00)
Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Trend-in ANAMA-ya istinadən məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti