...

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişdi

Cəmiyyət Materials 18 Mart 2024 18:07 (UTC +04:00)
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarında dəyişiklik edilib.

Trend xəbər verir ki, qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkəyə idxal edilən RV-lər barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edir:

-. məhsulun bəyan edilmə tarixi;

-. məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

-. məhsul partiyasının qeydiyyat kodu;

-. məhsulun təsviri;

- məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti