...

Sumqayıtda uşaq xəstəxanasının həyətindən körpə meyiti tapılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Mart 2024 20:29 (UTC +04:00)
Sumqayıtda uşaq xəstəxanasının həyətindən körpə meyiti tapılıb (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Bu barədə Trend-ə Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

xxx

18:17

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti