Bakı. Trend:
Martın 28-də Xocalıda tapılmış məzarlıq yerinə bu gün mütəxəssislər tərəfindən baxış keçiriləcək.
Bunu Trend-in Xocalıya ezam olunmuş əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, ərazi qiymətləndirildikdən sonra həmin ərazidə qazıntı ekskumasiya işləri aparılacaq”, - deyə E. Səmədov əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı soyqırımı qurbanlarından 7 nəfərin tapılmış nəşlərinin qalıqları Xocalıda dəfn edilib. Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
