...

Ermənistanın mina terrorundan zərərçəkənlər və QHT-lər dünya ictimaiyyətinə müraciət ediblər (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2024 15:25 (UTC +04:00)
Ermənistanın mina terrorundan zərərçəkənlər və QHT-lər dünya ictimaiyyətinə müraciət ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Trend. Trend:

Aprelin 4-də Tərtərdə Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Azərbaycanın aparıcı QHT rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları, qeyri-texniki təhqiqat və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələrinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Trend xəbər verir ki, BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbirdə çıxış edərək, dünyada və Azərbaycanda mina təhlükəsindən, onun yaratdığı fəsadlardan danışıb.

O, Azərbaycan ərazisinin erməni işğalçıları tərəfindən qarış-qarış minalandığını qeyd edərək deyib: “Ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır. Tez-tez mina insidentinin şahidi oluruq. İki gün öncə də dörd mülki şəxs minaya düşərək ağır xəsarət alıb. Azərbaycan dövləti, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün var gücü ilə çalışır. Bu işdə biz - vətəndaş cəmiyyətinin nümayəndələri də əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Çünki uzun illərdən sonra erməni işğalından azad edilmiş yurd yerlərinə məcburi köçkünlərin böyük köçü başlayıb. İnsanlarımızı bəşəri bir bəlaya çevrilmiş mina təhlükəsindən qorumalıyıq”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanov çıxış edərək, Azərbaycandakı və mina partlamamış hərbi sursat problemlərinin miqyası, onunla aparılan mübarizə barədə məlumat verib. Bildirib ki, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır. Bu səbəbdən vətəndaşlara müraciət edərək bildirib ki, maarifləndirmə proqramlarında verilən tövsiyələrə ciddi əməl etmək lazımdır: “Problemimiz çox böyükdür, illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyələrə və tapşırıqlara ciddi əməl etməliyik”-, deyə H.Səfixanov əlavə edib.

Mina qurbanı, ANAMA yanında İctimai Şuranın üzvü Hafiz Əzimzadə çıxışında özünün işğaldan azad edilmiş ərazidə xidməti vəzifə borcunu yerinə yetirərkən minaya düşməsindən və bütövlükdə bu bəşəri problemdən danışıb: “Mən işğaldan azad edilmiş Ağdamda xidməti vəzifə borcumu yerinə yetirərkən mənfur düşmənlərimizn basdırdığı minaya düşdüm. Bir ayağımı itirmişəm. Bunun əzab-əziyyətini bu bəlaya düçar olanlar daha yaxşı bilər, anlayar. Mən dünya ictimaiyyətini Azərbaycandakı mina probleminə diqqət göstərməyə, böyük dövlətlərin, beynəlxalq təşkilatların bu işdə Azərbaycan hökumətinə dəstək verməyə çağırıram!”

Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası birliyinin sədri, mina qurbanı Rey Kərimoğlu ölkəmizdəki minadan zərərçəkənlərin problemlərindən, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

Sonda Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinə ünvanlanan birgə bəyanat qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti