...

Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib (VİDEO)

Cəmiyyət Materials 23 Aprel 2024 13:13 (UTC +04:00)
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib (VİDEO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilb ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti