Bakı. Trend:
Mayın 22-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədliyini irəli sürmüş 19 nəfərdən 11-i səs çoxluğu ilə şuraya üzv seçilib.
Nazirlikdən Trend-ə verilən xəbərə görə, seçkilərdə yüksək fəallıq müşahidə olunub.
Şuranın yeni tərkibini təqdim edirik:
1. Orxan Kərimzadə – ADA-nın baş müəllimi;
2. Pərvanə Məmmədova – “Yuva” Humanitar Mərkəzi İctimai Birliyinin
təsisçisi;
3. Heydər Eminli – Azərbaycan Özəl Təhsil Müəssisələri İctimai
Birliyinin İdarə Heyətinin sədri;
4. Günay Əkbərova – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının
nümayəndəsi;
5. Elçin Əzimli – Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin
nümayəndəsi;
6. Hikmət Əlizadə – Müasir Psixoloji Dəstək İctimai Birliyinin
nümayəndəsi, BDU-nun professoru, pedaqogika üzrə elmlər
doktoru;
7. Rafael Hacıbəyli – Azərbaycan Respublikası Gənclər
Təşkilatlarının Milli Şurasının sədri;
8. Sevinc Məhəməliyeva – Regional İnkişaf İctimai Birliyinin
nümayəndəsi;
9. Rasif Dünyamalıyev – ''Bağçam'' Uşaq Bağçaları Şəbəkəsinin
təsisçisi;
10. Kəmalə Aşumova – “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai
Birliyinin sədri;
11. Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini.
Qeyd edək ki, yaxın günlərdə İctimai Şuranın yeni tərkibdə ilk iclası keçiriləcək. İclasda şuranın sədr, sədr müavini və katibi müəyyən ediləcək.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əsas məqsədi elm və təhsil sahəsində ictimai nəzarəti həyata keçirmək, nazirliyin fəaliyyətində ictimai iştirakçılığı təşviq etməkdir.