...

Milli Məclis gender bərabərliyinə dair illik məlumatı qəbul edib

Cəmiyyət Materials 24 May 2024 12:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı müzakirə olunub.

Trend xəbər verir ki, məlumatı komitənin sədri Bahar Muradova təqdim edib.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023‐ cü il üzrə Məlumatı ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.

Məlumat hazırlanarkən Azərbaycan Respublikasının 62 mərkəzi, 76 yerli icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri hökumət təşkilatlarının məlumatlarından istifadə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti