...

Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib (FOTO)

Cəmiyyət Materials 25 May 2024 10:25 (UTC +04:00)
Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.

Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti