...

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 30 May 2024 17:43 (UTC +04:00)
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti