...

Qubada qayalıqda gəzən şəxs dərəyə yıxıldı

Cəmiyyət Materials 15 İyul 2024 19:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Quba rayonunun Qəçrəş kəndi ərazisində bir nəfər dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qayalıq ərazidə gəzintidə olan şəxs hündürlükdən yıxılaraq təxminən 40 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər polis əməkdaşları ilə birgə bədən xəsarətləri alan şəxsə müvafiq köməklik göstərərək, xüsusi vasitələrin köməyi ilə dərədən təxliyə edib təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti