Bakı. Trend:
“Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti bu gündən sərnişinlərin istifadəsinə verilib.
Trend bu barədə Agentliyə istinadən məlumat verir.
Qeyd edək ki, marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək.