...

Qazaxda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar başlayıb - AQTA

Cəmiyyət Materials 11 Oktyabr 2024 10:36 (UTC +04:00)
Qazaxda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar başlayıb - AQTA
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxda dönərdən zəhərlənən tələbələrlə bağlı AQTA araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə qurumdan deyilib.

Qeyd edək ki, oktyabrın 10-da saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti