...

Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Cəmiyyət Materials 11 Dekabr 2024 11:05 (UTC +04:00)
Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Trend xəbər verir ki, bu barədə DİN-in Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti