...

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək - Rəşad Cabirli

Cəmiyyət Materials 31 Yanvar 2025 10:23 (UTC +04:00)
Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək - Rəşad Cabirli

Bakı. Trend:

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli deyib.

"Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmilərinin üçtərəfli görüşü çərçivəsində imzalanan Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib",- deyə Cabirli bildirib.

29 yanvar 2025-ci ildə Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmiləri arasında üçtərəfli görüş keçirilib. Nətiəcədə:

1. Orta dəhliz və Türk dünyasının qapısı olan Zəngəzur dəhlizi vasitəsilə ticarət və yükdaşımalar daha effektiv olacaq.

2. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması ticarət əlaqələrini asanlaşdıracaq.

3. TDT arasında rəqəmsal, enerji, infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşu inteqrasiyanı daha da sürətləndirəcək, ticarət dövriyyəsi artacaq.

4. Azərbaycanın azad edilmiş ərazilərinin inkişafı sütətlənəcək. Regionun bərpasına dəstək verilməsi iqtisadi canlanmaya və yeni iş imkanlarının yaradılmasına kömək edəcək.

Qeyd edək ki, 29 yanvar 2025-ci ildə Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmiləri arasında üçtərəfli görüş keçirilib.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında güclü strateji tərəfdaşlıq, qarşılıqlı hörmət, etimad, ortaq maraq və tarixi mədəni əlaqələr əsasında formalaşdığı vurğulanıb.

Bəyannamədə bildirilib ki, ölkələrin bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına birmənalı dəstək təsdiq edilib.

Bəyannaməyə ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və logistika, rəqəmsallıq və kommunikasiya sahələrində birgə layihələrin hazırlanması və inkişafı daxildir.

2 avqust 2022-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş ilk görüşün nəticələrinin bu sahələrdə əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyindən məmnunluq ifadə olunub.

Bəyannamədə üç ölkənin sərhədlərindən keçən Mərkəzi Dəhlizin əhəmiyyəti bir daha vurğulanıb, və həmçinin sözügedən dəhlizin Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artırılmasındakı roluna da diqqət çəkilmişdir.

Bəyannamədə Avropa Qafqaz Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) gücləndirilməsi, onun fəaliyyətinin səmərəliliyinin və səmərəliliyinin artırılması yollarının qiymətləndirilməsi, mövcud şəraitdə mexanizmlərin tam effektivliyinin qorunmasının vacibliyi qeyd edilib.

Bəyannamədə ümumi maraq doğuran və prioritet təşkil edən regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın artırılması əzmi və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirəcək istənilən təşəbbüsə qarşı birgə fəaliyyətə dəstək vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti